Luçeskudan açıq mesaj: “Qalatasaray”a qayıda bilərəm
25.04.2014 - 00:28
Luçeskudan açıq mesaj: “Qalatasaray”a qayıda bilərəm

 

“Şaxtyor” futbol klubunun baş məşqçisi Mirça Luçesku Türkiyəyə qayıtmaq şansları barədə danışıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis ilk dəfə açıq şəkildə Türkiyəyə qayıda biləcəyini dilinə gətirib.

 

Luçesku açıqlamasında Türkiyəyə qayıtmasını istisna etmədiyini vurğulayıb: “Onların prezidentində mənim telefon nömrəm var. Əgər istəsə, istənilən an zəng edə bilər. Amma hələlik heç bir konkret təklif daxil olmayıb. Axıra kimi professional olmaq lazımdır. Bunu şərh etmək istəmirəm. Amma futbolda hər şey olur. Ola bilsin Ki, “Qalatasaray”a qayıtdım”.

 

Xatırladaq ki, Luçesku indiyə kimi Türkiyəyə qayıtmasının mümkün olmadığını və “Şaxtyor”da qalacağını deyirdi.

 

0