“Barselona”da Arda Turan səsləri?
25.04.2014 - 03:08
“Barselona”da Arda Turan səsləri?

 

Mövsümü kifayət qədər zəif keçirən və ciddi kadr dəyişikliyinə əl atacağı bildirilən “Barselona” sürpriz hazırlayır. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı Kataloniya klubunun Arda Turanla maraqlandığını iddia edib.

 

“Barselona” əsas heyətin yarıdan çoxunu dəyişəcək. Komanda qapıçılardan tutmuş hücum xəttinə bütün nöqtələri gücləndirmək niyyətindədir. Komandadan gedəcək futbolçular arasında çilili Aleksis Sançesin də adı çəkilir. Bildirildiyinə görə, Sançes komanda ilə yeni müqavilə imzalamaq istəmir.

 

Çilili oyunçunun “Atletiko Madrid”lə danışıqlara başladığı iddia olunur. Dieqo Kostanın bu mövsümün sonunda “Çelsi”yə keçdiyi təqdirdə, Aleksis Sançesin “Barselona”dan alınması məsələsi ciddiləşə bilər.

 

“Barselona” isə əsasən orta sahədə problem yaşayır. Kataloniya klubunun rəhbərliyi məhz orta sahəni gəncləşdirməyə çalışır. Məlumata görə, bu məqsədlə Arda Turanın və “Villyareal”dan Bruno Sorianonun alınması məsələsinə baxılır. Sançesin “Atletiko”ya keçəcəyi halda, onun əvəzinə Madrid klubundan Turanın alınması məsələsi ciddiləşəcək.

 

 

0