Kataloniyalılardan Özil üçün 30 milyon avro
25.04.2014 - 06:09
Kataloniyalılardan Özil üçün 30 milyon avro

“Barselona” futbol klubu yay transfer dövründə “Arsenal”ın oyunçusu Məsud Özili almağa çalışacaq. Apasport.az saytının “BTV” telekanalına istinadən məlumatına görə, kataloniyalılar Özil üçün 30 milyon avrodan keçməyə hazırdırlar.

 

Xatırladaq ki, “Arsenal” Almaniya yığmasının 25 yaşlı oyunçusunu ötən il “Real Madrid”dən 50 milyon avroya alıb. Amma Özilin bu il zəif oyun nümayiş etdirməsi və zədələnməsi onun qiymətinə də təsir göstərə bilər. Xəbərdə o da bildirilir ki, “Barselona” türk yarımmüdafiəçi ilə sonuncu hələ “Verder”də oynadığı zamandan maraqlanır.

 

 

0