Teymur Rəcəbov: Vəziyyət o qədər yaxşı deyildi
26.04.2014 - 19:48
Teymur Rəcəbov: Vəziyyət o qədər yaxşı deyildi

"Shamkir Chess 2014" turnirinin VI turunda Sergey Karyakinlə heç-heçə oynayan Teymur Rəcəbov partiyadan sonra mətbuat konfransında suallara cavab verib: "Oyundan sonra Sergey Karyakinlə müzakirə apardıq. Onunla tam razıyam. Müəyyən mənada ağlarda irəliləyiş var idi. Qara fiqurlarda vəziyyət o qədər yaxşı deyildi. Çətin mövqe idi. Heç-heçə mübarizənin davam etdiyini göstərir. Turnirdə vəziyyət mürəkkəbdir. Şəhriyarla Maqnusun partiyasını izləmişəm. Qələbə qazanmaq lazımdır. Sadəcə, uduzmamaq da vacibdir. Karlsen çox aqressiv mübarizə aparır. Bu gün Karlsenin vəziyyəti yaxşı deyildi. Şəhriyarın mövqeyi çox uğurlu idi. Heç-heçə ola bilərdi. Şəhriyarın fərqli mübarizə üsülu var. Bununla belə, 6 turdan sonra qarşıda bizi daha maraqlı oyunların gözlədiyini söyləmək olar".

 

Sergey Karyakin isə heç-heçəni belə izah edib: "Çox maraqlı partiyamız oldu. Bəlkə də risk olmadan mübarizə apardıq. Sadəcə, heç-heçə görünürdü. Debütdən sonra üstünlük qazanmadım. Ona görə qələbə haqda düşünmək çətin idi. İstirahət günündə futbol oyununda iştirak etmədiyimə gəlincə, mən futbola baxmağı sevirəm. Oynamaqdansa, futbol və bilyarda baxmağı xoşlayıram. Maqnus futbolu da yaxşı oynayır. Ola bilər onun üçün şahmat və futbolda paralel uğur qazanmaq vacibdir".

 

0