[b]Kliçko titulunu nokautla qorudu[/b] – VİDEO
27.04.2014 - 14:47
[b]Kliçko titulunu nokautla qorudu[/b] – VİDEO

 

Aprelin 26-da Almaniyanın Oberhauzen şəhərində ağır çəkidə boksçuların dünya çempionu titulu uğrunda döyüşü keçirilib. Apasport.az saytının məlumatına görə, ukraynalı Vladimir Kliçko avstraliyalı Aleks Lepaini nokauta salaraq titulunu qoruyub.

 

Lepai ilk dəqiqələrdən Vladimir Kliçkonun dəqiq zərbələrinə “qonaq” olub. Kliçko daima rəqibini uzaq məsafədə saxlayıb və ona zərbə endirməyə imkan verməyib. Lepai isə xeyli zərbə buraxıb.

 

Üçüncü raundda Kliçko rəqibini ilk nokdauna salıb. Beşinci raunda isə daha bir dəfə nokdauna düşən Lepai, üçüncü güclü zərbədən sonra nokautla məğlub olub.

 

 

0