[b]Qalmaqal: “Barselona”nın oyunçusuna banan atdılar – FOTOLENTVİDEO[/b]
28.04.2014 - 22:08
[b]Qalmaqal: “Barselona”nın oyunçusuna banan atdılar – FOTOLENT – VİDEO[/b]

 

“Barselona”nın braziliyalı müdafiəçisi Daniel Alves irqçilərin hücumuna məruz qalıb. Apasport.az saytının məlumatına görə, İspaniya çempionatının son turunda “Vilyareal”la səfər oyununda futbolçuya tribunadan banan atıblar.

 

Olay oyunun 75-ci dəqiqəsində baş verib. “Vilyareal”ın azarkeşlərindən biri künc zərbəsini yerinə yetirməyə hazırlaşan Alvesə banan atıb. Alves özünü itirməyib, bananı yerdən qaldıraraq təmizləyib və yeyib. Bu hadisə oyunun dayandırılmasına səbəb olmayıb.

 

Oyundan sonra hadisə ilə bağlı açıqlama verən Alves banan atan azarkeşi “geridə qalmış şəxs” adlandırıb. Futbolçu həmin şəxsin ancaq yazıq olduğunu qeyd edib.

 

Bu hadisə izsiz ötüşməyib. “Barselona”nın digər oyunçusu və Alvesin həmyerlisi Neymar oğlu ilə bir yerdə internetdə maraqlı fotosunu paylaşıb. Alvesi dəstəklədiyini bildirən braziliyalı ulduz bütün insanların bərabər olduğunu bəyan edib: “Biz hamımız birik. Lazımdırsa, biz hamımız meymunuq. 2014-cü ildə belə halların baş verməsi biabırçılıqdır. Dani Alveslə həmrəy olduğumuzu göstərərək, biz də onun etdiyi hərəkəti edəcəyik. İrqçiliyə yox deyənlərin hamısını banan yediyi yerdə şəkil çəkdirməyə dəvət edirəm”.

 

Rusiyanın “Zenit” klubunun braziliyalı oyunçusu Halk isə bir qədər də irəliyə gedərək, bütün ailəsinə banan yedizdirib. O, fotosunu internetdə yerləşdirərək altından “Mənim qardaşıma görə” yazıb. Bununla da o, qardaş adlandırdığı Alvesi dəstəkləyib.

 

Eyni addımı Braziliya yığmasının keçmiş oyunçusu və hazırda Türiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos atıb. Karlos bananla şəkil çəkdirərək internetdə yerləşdirib. Bundan əlavə, dünyanın bir çox yerlərindən Alvesə dəstək yağır. 

 

 

0