Kostova Azərbaycan millisindən imtina etdi
29.04.2014 - 11:37
Kostova Azərbaycan millisindən imtina etdi

“Boyanka Kostova Azərbaycan millisi ilə bağlı qəti qərarını verib. O, bir daha Bakıya qayıtmayacaq”. Bunu apasport.az saytına eksklüziv açıqlamasında Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı İvan Stoitsov deyib.

 

O, nişanlısı Boyanka Kostova ilə bağlı maraqlı açıqlama verib.

 

Stoitsov bir müddət öncə də ölkəmizdən gedən, lakin sonra geri dönən Sinqapur Olimpiadasının qalibinin bir daha yığmamızın düşərgəsinə qayıtmayacağını deyib: “Azərbaycan yığması ilə bağlı yaşanan dopinq qalmaqalından sonra Zlatan Vanevin baş məşqçi postunda qalması yaxşı hal deyil. Boyanka da bu çalışdırıcının rəhbərliyi altında məşq keçə bilməz. Biz bir daha Azərbaycana gəlməyəcəyik. Bu gün Azərbaycan pasportlarını və digər sənədləri ölkənizə göndərəcəyik. Bununla, Azərbaycana bağlılığımız başa çatacaq”.

 

Qeyd edək ki, millimizin aparıcı ağırlıqqaldıranlarından yalnız Kostova dopinqdə “ilişməyib”. Bu da onun həmin vaxt yığmamızdan imtina etməsi və vətəni Bolqarıstanda olması ilə bağlıdır. Stoitsovun yaşına görə isə Vanev onu komandasında görmək istəmir. 

0