Runi: Kriştino, Kriştiano, Kriştiano…
09.05.2014 - 04:30
Runi: Kriştino, Kriştiano, Kriştiano…

 

“Mançester Yunayted”in futbolçusu Ueyn Runi komandanın sponsorlarından birinin təşkil etdiyi tədbir zamanı azarkeşlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, hücumçu hər sözünün başında Kriştiano Ronaldonun adını çəkib.

 

Azarkeşlərdən birinin hansı ulduz futbolçunu komandada görmək istədiyi sualına Runi “Kriştiano Ronaldunu” cavabını verib. Başqa bir azarkeşin dünyanın ən yaxşı oyunçu barədə sual da eyni cür cavablandırılıb: “Birmənalı olaraq dünyanın ən yaxşı futbolçusu Ronaldodur. Luis Suares isə ikinciliyə ümid edə bilər”.

 

İndiyə kimi oynadığı ən yaxşı futbolçu barədə suala cavab da əvvəlkilərdən seçilməyib: “Pol Skoulz topa çox yaxşı nəzarət edirdi, çox gözəl ötürmələri vardı. Amma bir nəfərin oyunun taleyini həll edə bilməsi nöqteyi-nəzərindən, mən yenə Kriştianonun adını çəkəcəyəm”.

 

 

0