Millimizlə oyundakı kuryoz tarixə düşdü - VİDEO
12.05.2014 - 16:36
Millimizlə oyundakı kuryoz tarixə düşdü - VİDEO

Azərbaycan millisinin Şimali İrlandiya DÇ-2014-ün seçmə mərhələsinin oyununda qeydə alınan qayda pozuntusu tarixə düşüb. Apasport.az saytının məlumatına görə, son illərin 10 ən kuryoz simulyasiyasını müəyyənləşdirən mütəxəssislər yığmamızın Belfastdakı matçında baş verənləri də diqqətdən qaçırmayıb.

 

Belə ki, simulyasiyalardan “TOP-10”da Kayl Lafferti də yer alıb. O, yığmamızla oyunda hakimə “atmaq” istəyib. Epizodların birində ötürməyə çatmayan futbolçu özünü yerə çırpmaqla penalti qazanmaq istəyib. Amma onun yanında heç bir azərbaycanlı futbolçunun olmaması bu “atmaq” cəhdini uğursuzluğa düçar edib. Nəticədə 2012-ci il noyabrın 14-dəki görüşdə yaşanan simulyasiya faktı “TOP-10”a düşüb.

 

Qeyd edək ki, Belfastdakı görüşdə Rauf Əliyev hesabı açsa da, meydan sahibləri 6-cı uzatma dəqiqəsində Devid Hilinin qolu ilə məğlubiyyətdən qaçmışdı – 1:1.

 

0