"Qəbələ" çempion oldu – VİDEO
14.05.2014 - 11:45
"Qəbələ" çempion oldu – VİDEO

"Coca-Cola U-13 Liqa"nın 2013/2014 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, birinciliyin qalibi adını "Qəbələ" klubu qazanıb.

 

Onlar finalda "Neftçi İSM-Siyəzən" komandasına 2:0 hesabı ilə qalib gəlməklə, qızıl medala sahib olublar.

 

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, veteran futbolçu Nazim Süleymanov və Azərbaycan milli komandasının üzvü Ruslan Abışov təqdim edib.

 

Qeyd edək ki, yarışın üçüncüsü adı "Neftçi"yə (Bakı) qismət olub.

 

0