“Əsas məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”
31.05.2014 - 16:41
“Əsas məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”

“Bakıda atletika üzrə belə böyük turnirin keçirilməsi idmançılarımızı sevindirir. Bu bizi daha yaxşı çıxış etməyə məcbur edir”. Apasport.az saytının məlumatına görə, bunu Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirinin ikinci günündə şüvüllə tullanmada finala vəsiqə qazanan Yelena Qladkova deyib.

 

Yığmamızın lideri jurnalistlərə açıqlamasında yarışla bağlı təəssüratlarını açıqlayıb. O bildirib ki, iki cəhddə uğursuzluq hərəkəti düzgün yerinə yetirmə bilməməsindən irəli gəlib: “Sonradan toparlanaraq lazımi nəticəni qazandım. Finalda mübarizə daha çətin olacaq. Amma mümkün qədər uğurlu çıxış etmək istəyirəm. Əsas məqsədlərdən biri Çində keçiriləcək yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Məşqçilərin gözləntilərini həyata keçirmək üçün bütün diqqətimi sabaha yönəltmişəm”.

Qeyd edək ki, şüvüllə tullanmada final mərhələsi sabah keçiriləcək.

0