Yığmamızın rəqibi mundiala itkilərlə yollanır
02.06.2014 - 17:44
Yığmamızın rəqibi mundiala itkilərlə yollanır

Italiya milli komandasının Braziliyada keçiriləcək DÇ-2014 üçün heyəti açıqlanıb. Apasport.az xəbər verir ki, Çezare Prandelli okeanın o tayına aparacaq heyətə sürpriz futbolçular daxil edib.

Əməliyyata məruz qalan Rikardo Montolivo, həmçinin Stefan əl Şəravi, Alberto Cilardinyo və Cüzeppe Rossi kimi futbolçular appenin yarımadası təmsilçisinin heyətində yer almayıb. İtalyanların “23-lüy”ü isə belədir:

Qeyd edək ki, İtaliya yığması AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.

Qapıçılar: Canluici Buffon ("Yuventus"), Mattia Perin ("Genua"), Salvatore Siriqu (PSJ)

Müdafiəçilər: Iqnasio Abate ("Milan"), Andrea Barzaqli ("Yuventus"), Leonardo Bonuççi ("Yuventus"), Corco Kyellini ("Yuventus"), Matteo Darmian ("Torino"), De Çiqlio ("Milan"), Qabriel Paletta ("Parma")

Yarımmüdafiəçilər: Alberto Akvilani ("Fiorentina"), Antonio Kandreva ("Latsio"), Daniel de Rossi ("Roma"), Klaudio Markisio ("Yuventus"), Tiago Motta (PSJ, Fransa), Marko Parolo ("Parma"), Andrea Pirlo ("Yuventus"), Marko Verratti (PSJ, Fransa)

Hücumçular: Mario Balotelli ("Milan"), Antonio Kassano ("Parma"), Allesio Çerçi ("Torino"), Çiro İmmobile ("Torino"), Lorenso İnsinye ("Napoli").
 

0