“Xəzər Lənkəran”ın sabiq üzvü rəsmən DÇ-də!
03.06.2014 - 10:29
“Xəzər Lənkəran”ın sabiq üzvü rəsmən DÇ-də!

Kosta-Rika millisinin iyunun 12-də Braziliyada start götürəcək DÇ-2014 üçün yekun heyətini açıqlanıb. Apasport.az xəbər verir ki, baş məşqçi Xorxe Luis Pintonun 23 nəfərlik siyahısında “Xəzər Lənkəran”ın sabiq üzvü Rendall Brenes də yer alıb.

 

Qapıçılar: Keylor Navas (“Levante”, İspaniya), Patrik Pemberton (“Alaxuense”), Daniyel Kambronero (“Erediano”)

 

Müdafiəçilər: Conni Akosta (“Alaxuense”), Cankarlo Qonzales (“Kolambus”, ABŞ), Heiner Mora (“Saprissa”), Xunior Dias (“Maynts”, Almaniya), Kristian Qamboa (“Rusenborq”, Norveç),Roy Miller (“Nyu-York”, ABŞ), Maykl Umana (“Saprissa”), Uoylon Frensis (“Kolambus”, ABŞ), Oskar Duarte (“Brügge”, Belçika)

 

Yarımmüdafiəçilər: Celso Borges (AİK, İsveç), Kristian Bolanyos (“Kopenhaqen”, Danimarka), Esteban Qranados (“Erediano”), Maykl Barrantes (“Olesunn”, Norveç), Yeltsin Teheda (“Saprissa”), Dieqo Kalvo (“Valarenqa”, Norveç), Migel Kubero (“Erediano”)

 

Hücumçular:  Bryan Ruis (PSV, Hollandiya), Coel Kempbell (“Olimpiakos”, Yunanıstan), Rendall Brenes (“Kartaxines”), Marko Urenya (“Kuban”, Rusiya)

 

Qeyd edək ki, Rendal Brenes mayın 2-də Kosta- Rikanın Yaponiyaya qarşı keçirdiyi yoldaşlıq oyununda meydana çıxıb. O, 84-cü dəqiqədə Coel Kempeli əvəzləyib. 

0