[b]DÇ-2014: 32 komandadan maraqlı STATİSTİKA[/b]
10.06.2014 - 15:50
[b]DÇ-2014: 32 komandadan maraqlı STATİSTİKA[/b]

Braziliyada start götürəcək dünya çempionatına cəmi 2 gün vaxt qalır. Apasport.az saytının məlumatına görə, mundial öncəsi final mərhələsinə qatılacaq 32 komanda ilə bağlı maraqlı statistikalar açıqlanıb.

 

* İyunun 12-də başlayacaq yarışa ən çox futbolçu İngiltərə liqalarından qatılacaq. Dünya çempionatına yollanan 736 oyunçudan 114-ü məhz futbolun yaradıcılarının vətənində top qovur. Bu siyahıda Almaniya ikinci (81), İtaliya üçüncü (78) yerdədir.  

 

* Mundialda 297 klubun futbolçusu forma geyinmək şansı qazanıb. Burada da İngiltərə liderlik edir. “Dumanlı Albion”un 28 klubunda forma geyinən oyunçular meydana çıxacaq. Almaniyanın isə 21 komandasından Braziliyaya futbolçu dəvət alıb.

 

* Dünya çempionatına ən çox futbolçu verən klub “Bavariya”dır. Almaniya çempionunun 15 üzvü mundialda yığmalarına kömək edəcək. Bu sırada Bundesliqanın qalibini 14 futbolçu ilə “Mançester Yunayted” izləyir.

 

* Türkiyə Superliqası mundiala qatılmayan ölkələr arasında Braziliyaya ən çox futbolçu göndərən çempionatdır. Qonşu ölkənin birinciliyində çıxış edən 26 oyunçu Braziliyada top qovacaq.

 

* DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan və həlledici mərhələyə yüksələn Rusiya mundiala yerli çempionatda oynayan futbolçularla gedən yeganə yığmadır. İtaliyalı mütəxəssis Fabio Kapellonun açıqladığı “23-lüy”ün hamısı Rusiya Premyer Liqasında qüvvəsini sınayır. İngiltərə yığmasında 23 futbolçudan yalnız 1-i ölkə xaricində oynayır. Bu da Şotlandiyanın “Seltik” klubunda forma geyinən Fraser Forsterdir.

 

* Bosniya və Herseqovina, Qana, Fil Dişi Sahili və Uruqvayın “23-lüy”ündə isə cəmi 1 oyunçu yerli çempionatda gücünü yoxlayır.

 

* Braziliyada yığmasının heyətində yer alacaq 736 futbolçudan 236-sı daha öncə keçirilən analoji yarışda təcrübəsi olanlardır.

 

* İspaniyada 16, Uruqvayda 15, Kamerunda isə 13 futbolçu 2-ci və 3-cü dəfə dünya çempionatında meydana çıxmaq şansı qazanıb.

 

* Dünya çempionatının ən yaşlı komandası Argentina, ən cavan yığması Qanadır. Onlar orta hesabla müvafiq olaraq, 29 və 25,6 yaşdadırlar.

 

* Mundiala qatılan 32 yığmanın orta hesabla yaşı isə 27,5-dir.

0