[b]Mundialın yeni “falabaxanı” - FOTOSESSİYA[/b]
11.06.2014 - 10:57
[b]Mundialın yeni “falabaxanı” - FOTOSESSİYA[/b]

Braziliyada təşkil olunacaq dünya çempionatında oyunların nəticələrini tapmaq üçün yeni falçı fil ola bilər. Apasport.az saytı xəbər verir ki, Paul adlı ilbizin Cənubi Afrika Respublikasında keçirilən DÇ-2010-da təxminlərinin doğru çıxmasından sonra bu dəfə eyni vəzifəni fil yerinə yetirəcək.

 

Almaniyada Aşağı Saksoniya əyalətindən olan 4 yaşlı Nelli adlı fil bir neçə dəfə oyunların nəticələri haqqında doğru proqnozlar verməyi bacarıb. Nelli 2 yaşı olmamış Almaniya Bundesliqasının və 2011-ci ildəki qadınlar arasında dünya çempionatının bir çox qarşılaşmalarının nəticələri doğru tapmışdı. Nelli artıq bir oyun üçün proqnozunu verib. İyunun 16-da DÇ-nin qrup mərhələsində keçiriləcək Almaniya – Portuqaliya oyununa təxminini bildirən fil “bundestim”in qalib gələcəyini bildirib. 

0