Sürprizlə başlayan mundiallar
12.06.2014 - 09:36
Sürprizlə başlayan mundiallar

Bu gecə futbol üzrə dünya çempionatının final mərhələsinə start veriləcək. Apasport.az xəbər verir ki, mundialın açılış oyununda təşkilatçı ölkə Braziliya ilə Xorvatiya üz-üzə gələcək.

 

Oyunun favoriti “samba”çılar sayılsa da, sürpriz gözləmək olar. Hər halda, bundan öncə bir neçə dəfə mundiallarda belə oyunlara rast gəlmişik.

 

 

1986. Bolqarıstan – İtaliya - 1:1

 

Bolqarıstan 1962-ci ildən 1974-cü ilə qədər olan bütün DÇ-lərə qatılsa da, sonradan zəif çıxış etmişdi. Yalnız 1986-cı ildə mundiala yenidən vəsiqə qazanmışdı və heç kəs üçün ciddi bir komanda sayılmırdı. Onlar DÇ-yə İtaliyaya qarşı oyunla başladılar və bu, turnirin açılış matçı idi. Oyunun favoriti apeninlilər sayılsalar da, bolqarlar asan təslim olmadılar. Altobelli 43-cü dəqiqədə İtaliya millisini hesabda önə çıxarır. Onlar qalib gələcəklərini zənn etdikləri anda 85-ci dəqiqədə Sirakov Bolqarıstan yığmasının bərabərlik qolunu vurur.

 

1990. Argentina – Kamerun - 0:1

 

1986-cı ilin dünya çempionu Argentina 1990-cı il baş tutan turnirin  ilk oyununda Kamerunla üz-üzə gəldi. Dieqo Maradonanın komandası gözlənilməz anda afrikalılara məğlub oldu. Kamerunluların yeganə qolunu 67-ci dəqiqədə Omam Biyik vurmuşdu.

 

2002. Fransa – Seneqal - 0:1

 

2002-ci ildə Yaponiya və Koreyada baş tutan dünya çempionatına 1998-ci ilin dünya çempionu və 2000-ci il Avropa çempionu kimi  gələn Fransa açılış oyununda gözlənilmədən Seneqala məğlub olur. Heyətinə bir çox dünya ulduzlarının olmasına baxmayaraq, fransızlar məğlubiyyətdən qaça bilmirlər. Fransa bu DÇ-də hətta 1/8 finala belə vəsiqə əldə edə bilmir.
 

0