“Braziliya yığması tək Neymardan ibarət deyil”
12.06.2014 - 10:18
“Braziliya yığması tək Neymardan ibarət deyil”

Bu gecə Braziliyada start götürəcək DÇ-2014-ün açılış oyununda meydan sahibi Braziliya və Xorvatiya üz-üzə gələcək. Apasport.az xəbər verir ki, avropalıların kapitanı Dario Srna oyundan öncə açıqlama verib: “Braziliyanın oyunlarını izləmişik. Çox gözəl komandadır. Ona görə də çətin olacaq. Neymarı isə hamı tanıyır. Çox güclü futbolçu olduğunu bilirik. O, komandasının arxasınca daşımağı bacarır. Amma Braziliya tək Neymardan ibarət deyil”.

 

Srna rəqibin heyətində yer alan Villian barədə də danışıb: “Onu “Şaxtyor”dan tanıyıram. Villianla bir komandada oynamışam və oyun üslubuna bələdəm. Düşünürəm ki, maraqlı bir oyun olacaq. Braziliyaya mümkün qədər yaxşı uğur qazanmağa gəlmişik”.

0