Skolari: Mən Neymara qarşı oynasaydım, gecə yatmazdım
12.06.2014 - 10:48
Skolari: Mən Neymara qarşı oynasaydım, gecə yatmazdım

“Artıq dünya birincisi olmağın vaxtı çatıb. 2002-ci ildəki kimi, əlimdə yenə yaxşı heyət var”. Apasport.az saytının xəbərinə görə, bunu Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari deyib.

 

Dünya çempionatının açılış matçında Xorvatiya ilə qarşılaşacaq braziliyalıların çalışdırıcısı qələbə qazanmağa çalışacaqlarını bildirib: “Neymar da daxil olmaqla, hər bir futbolçu Braziliyanın uğuru üçün çalışır. Mundialda güclü komandalar var. Amma biz birinci olmağa çalışacağıq. Bu gün ilk oyunumuzda qalib gəlməliyik ki, uğurun davamını da gətirək. Neymar olmasaydı, biz başqa futbol oynayardıq. Əgər mən Neymara qarşı oynasaydım, gecə yatmazdım. Dünya çempionatının ulduzu məhz Neymar olacaq”.

 

 

0