Niko Kovaç: Saatda “200”lə getmək mümkün deyil
12.06.2014 - 11:51
Niko Kovaç: Saatda “200”lə getmək mümkün deyil

“Braziliyanın güclü olması həqiqətdir. Onlar bizdən daha üstün futbol nümayiş etdirirlər”. Apasport.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

 

O, bu gün DÇ-2014-ün açılış oyununda üz-üzə gələcəkləri meydan sahibləri Braziliya millisi haqqında fikirlərini bölüşüb: “Meydan sahibləri ilə açılış oyununda qarşılaşmaq təbii ki, ağır olacaq. Braziliyalılar qələbə qazanmaq istəyəcəklər. Biz də yaxşı futbol nümayiş etdirmişik. Qrup mərhələsində əla oyunlarımız olub. Bunu Cənubi Amerikada da davam etdirmək istəyirik. Ən böyük istəyimiz pley-offa vəsiqə qazanmaqdır. Amma sizin maşınınızın 150 km/saat sürəti varsa, onunla 200 km/saat getmək mümkün deyil. Biz də bu mümkünsüzü bacarmağa çalışacağıq”.

 

Kovaç Luka Modriçi hər bir komanda üçün xəzinə adlandırıb: “Luka Modriç kimi futbolçu hər bir komanda üçün xəzinədir. Amma komanda şəklində oyun  daha yaxşıdır. Biz Modirçdən də, İvan Rakitiçdən də yaxşı istifadə etməyə çalışacağıq”.

0