Məşhurlar mundiala axışır
12.06.2014 - 12:56
Məşhurlar mundiala axışır

Bir çox tanınmışlar dünya çempionatının açılış matçına baxmağa yollanıb. Apasport.az saytının məlumatına görə, amerikalı aktyor Leonardo Dikaprio bunlardan biridir.

 

O, Rio-de-Janeyroya öz dostu ilə birgə gəlib və açılış matçını izləyəcək. Dikaprio Braziliyada olduğu müddətdə “Mançester Siti”nin sahibi Şeyx Mansura məxsus yaxtada vaxtını keçirəcək və dünya çempionatının digər oyunlarına da orda baxacaq.

 

Qeyd edək ki, mundialın açılış oyununda Braziliya və Xorvatiya üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

0