Braziliya mündiallarda ilk dəfə öz qapısına qol vurdu
13.06.2014 - 02:29
Braziliya mündiallarda ilk dəfə öz qapısına qol vurdu

Dünya çempionatının açılış matçında bir ilkə imza atılıb. Apasport.az saytının məlumatına görə, Braziliya yığması mundiallar tarixində ilk dəfə öz qapısına qol vurub.

 

11-ci dəqiqədə qeydə alınan avtoqolun müəllifi “Real”ın oyunçusu Marselo olub. Qeyd edək ki, Braziliya yığması indiyə qədər bütün dünya çempionatlarında 98 oyun keçirib.

 

 

0