Kovaç: Braziliyanın hakim köməyinə ehtiyacı yoxdur
13.06.2014 - 03:53
Kovaç: Braziliyanın hakim köməyinə ehtiyacı yoxdur

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç açılış matçında Braziliyaya məğlubiyyətdən sonra hakimlikdən narazılığını bildirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi yaponiyalı baş hakimin açıq tərəfkeşlik etdiyini vurğulayıb.

 

Kovaçın sözlərinə görə, belə hakimlik komandalardan birinə açıq hörmətsizlikdən xəbər verir: “FİFA isə deyir ki, bütün iştirakçılara eyni dərəcədə hörmət göstərmək lazımdır. Qapımıza təyin edilən penalti gülməli idi. Braziliyalıların üçüncü qolu öncəsi də Rakitiçə qarşı kobudluq edilmişdi. Bu həm də ona görə xoşagəlməzdir ki, Braziliya əla komandadır və hakimlərin köməyinə ehtiyacı yoxdur”.

 

 

0