Skolari: Oyunun taleyini hakim deyil, oyunçularım həll etdi
13.06.2014 - 04:32
Skolari: Oyunun taleyini hakim deyil, oyunçularım həll etdi

Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Xorvatiya üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi oyunun taleyini hakimin mübahisəli qərarlarının deyil, oyunçularının keyfiyyətli oyununun həll etdiyini bildirib.

 

Skolari komandasının gənc olmasına baxmayaraq, gözəl oyun göstərdiklərini vurğulayıb: “Bütün 90 dəqiqədə öz oyunumuzu oynayaraq matçın ritmini hiss etmək gözəldir. Fikrimcə, penalti vardı. Ümumiyyətlə, belə mürəkkəb oyunda hakimlik mübahisəyə səbəb olmalıdır. Bizim bu və ya digər epizodda, məsələn, sarı vərəqə göstərilməsinin verilməli olub-olmaması ilə bağlı fərqli şərhlərimiz ola bilər. Amma ümumilikdə, oyunun taleyini hakimin qərarları deyil, bizim futbolçuların oyununun keyfiyyəti həll etdi”.

 

 

0