Neymar Ronaldinyo və Jairzinyoya çatdı
13.06.2014 - 05:25
Neymar Ronaldinyo və Jairzinyoya çatdı

Braziliya yığmasının hücumçusu Neymar Xorvatiya millisinə qarşı oyunda dubla imza atıb. Apasport.az saytının məlumatına görə, bununla da o, pentakampeonların heyətində keçirdiyi 50 oyunda 33 qol vurub.

 

22 yaşlı Neymar Braziliya yığmasının ən yaxşı bombardirlərinin siyahısında yeddinci yerə qalxaraq, Ronaldinyo (98 oyun) və Jairzinyoya (81 oyun) çatıb və Rivaldodan (74 oyun) cəmi bir top geridə qalır.

 

 

0