“Hollandiya ilə oyun bizim üçün finala bərabərdir”
13.06.2014 - 10:09
“Hollandiya ilə oyun bizim üçün finala bərabərdir”

“Hollandiya ilə oyun bizim üçün dünya çempionatının finalına bərabərdir”. Apasport.az xəbər verir ki, bu sözləri İspaniya millisinin yarımmüdafiəçisi Xavi Ernandez deyib.
 

O, bu gün Braziliyada keçirilən 2014-cü il dünya çempionatın qrup mərhələsinin ilk oyununda üz-üzə gələcəkləri Hollandiya millisi barədə danışıb: “Hollandiya çox sürətli hücum futbolçularına malikdir. Bu, onların əks-hücumda yaxşı oynamalarında kömək edir. Amma bizim də öz oyun tərzimiz var. İllərdir belə oyunlar uğur qazanmışıq. “Tiki-taka” ilə özümüzü sübut edəcəyik. Rəqibin baş məşqçisi Lui Van Qaalı tanıyıram. “Barselona”da işləyərkən mənə çox güvənirdi”.

 

0