İker Kasilyas: 4 il əvvəlki finalı unutmaq lazımdır
13.06.2014 - 10:13
İker Kasilyas: 4 il əvvəlki finalı unutmaq lazımdır

“Hollandlara qarşı oynamaq heç də asan olmayacaq”. Apasport.az xəbər verir ki, bunu İspaniya millisinin qapıçısı İker Kasilyas deyib.
 

Təcrübəli qolkiper bu gün DÇ-2014-ün qrup mərhələsinin ilk oyununda qarşılaşacaqları Hollandiya millisi və onların heyəti haqqında danışıb. Kasilyas 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialın finalında məğlub etdikləri komandanın indi daha güclü olduğunu bildirib: “2010-cu ildə dünya çempionatının finalındakı oyunu unutmalıyıq. Bu günkü qarşılaşma bizim üçün daha vacibdir. Hollandiyanın heyətində Aryen Robben kimi futbolçu var. O, fantastik bir istedada malikdir. Robbenlə iki il eyni komandada oynamışam. Ancaq son dönəmdə Sneyder və Var Persi milli komandaları üçün daha çox önəm kəsb edirlər. ”

0