Van Qal: Elə bildim ki, artıq uduzmuşuq
14.06.2014 - 03:05
Van Qal: Elə bildim ki, artıq uduzmuşuq

Hollandiya millisinin baş məşqçisi Lui van Qal İspaniya üzərində 5:1 hesablı qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, mütəxəssis qapılarına vurulan qoldan sonra qələbəyə ümidini itirdiyini etiraf edib: “Penaltidən sonra düşündüm ki, bu, çempionatın ilk oyunudur. Yəni, turnir burada başa çatmır. Dərhal buraxdığım səhvləri axtarmağa başladım. Düşündüm ki, İspaniya ənənəvi olaraq təşəbbüsü əlinə alacaq və bizim işimiz çox çətin olacaq. Van Persinin qolu çox yerinə düşdü. Axı mən 4-2-3 sxeminə qayıtmaq üzərində düşünürdüm. Eyforiyadan qaçmaq lazımdır. Buna xüsusi diqqət yetirəcəyik”.

 

 

0