İlk turda Azərbaycan - Ermənistan dueli
16.06.2014 - 15:33
İlk turda Azərbaycan - Ermənistan dueli

Bu gün Dubayda şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, 46 ölkədən 113 zəka sahibinin qatıldığı yarışda öncə rapid üzrə qaliblər müəyyənləşəcək.

 

Belə ki, mundiala 6 şahmatçı ilə qatılan Azərbaycan millisi rəqibini tanıyıb. İlk turda ən çətin rəqib isə Vasif Durarbəyliyə düşüb. Həmyerlimiz erməni Sergey Movsesyanla münasibətinə aydınlıq gətirəcək.

 

 

I tur
Mixail Mçedişvili (2641, Gürcüstan) – Şəhriyar Məmmədyarov (2799, Azərbaycan)
Amin Bassem (2624, Misir) – Teymur Rəcəbov (2750, Azərbaycan)
Aleksandr Qoloşçapov (2574, Ukrayna) – Rauf Məmmədov (2705, Azərbaycan)
Sergey Movsesyan (2696, Ermənistan) – Vasif Durarbəyli (2550, Azərbaycan)
Qədir Hüseynov (2671, Azərbaycan) – Bəşir Al-Qudaimi (2397, Yəmən)
Eltac Səfərli (2662, Azərbaycan) - Omar Noaman (2310, BƏƏ)

 

Qeyd edək ki, 15 turdan ibarət olacaq mundialın bu gün 5 oyunu baş tutacaq.

0