Podolski qələbədən sonra baş nazirlə şəkilini çəkdi - FOTO
17.06.2014 - 06:02
Podolski qələbədən sonra baş nazirlə şəkilini çəkdi - FOTO

 

Almaniya millisinin hücumçusu Lukas Podolski dünya çempionatının start oyununda Portuqaliya üzərində qələbədən sonra baş nazir Anqela Merkellə şəkil çəkdirib. Apasport.az saytının məlumatına görə, futbolçu baş naziri qucaqlayaraq, öz telefonu ilə şəkillərini çəkib.

 

Qeyd edək ki, oyun 4:0 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb. Podolski oyundan sonra şəkli sosial şəbəkəyə yerləşdirib: “4:0! Bu da kanslerlə söz verdiyim selfi (öz-özünün şəklini çəkmək). Dünya çempionatında bizim komanda üçün çox gözəl başlanğıcdır”.

 

 

0