Belçika da 1/8 finala çıxdı
22.06.2014 - 21:45
Belçika da 1/8 finala çıxdı

Sabah Braziliyada keçirilən XX dünya çempionatının final mərhələsində daha 3 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, günün qarşılaşmaları müxtəlif qruplarda baş tutacaq.

Əvvəl meydana mundialın favoritlərindən olan Almaniya millisi çıxacaq. 1996-cı ildən titul həsrətində olan Bundestim Qananı sınağa çəkəxək. İlk turda Portuqaliyanı darmadağın edən Yoahim Lövün yetirmələri mundiala uğursuz başlayan afrikalıları yenməyi bacarsa, 1/8 finala doğru böyük addım atacaq. Qanalılar isə pley-off şansını çətinə salacaq. Bu qarşılaşma fərqli yığmalara üstünlük verən Boatenq qardaşlarının dueli ilə də əlamətdar olacaq. Belə ki Cerom Almaniya, Kevin Prins isə Qana yığmasında meydana çıxacaq.

F qrupunda II turun son oyununda Nigeriya ilə Bosniya və Herseqovina üz-üzə gələcək. İlk turda qalib gələ bilməyən komandalar 1/8 finala yüksəlmək şanslarını çətinə salmamaq üçün qalib gəlməyə borcludur. Avropalılılar üçün xal itkisi daha ağır nəticələnə bilər. H qrupunun kağız üzərindəki favoritlərinin duelində isə Belçika qalib gələrsə, qrupdan çıxmış olacaq. Rusiyalılar isə istənilən xal itkisində vəziyyətini çətinə salacaq.

22 iyun
G qrupu

 Almaniya – Qana - 2:2
Qollar:
Mario Qötze, 52; Miroslav Kloze, 71 - Andre Ayyu, 54; Asamoa Qyan, 64
Baş hakim: Rikki (Braziliya)
Fortaleza. “Kastelao” stadionu

Almaniya: Manuel Noyer, Jerom Boatenq,  Benedikt Hövedes, Mats Hummels, Filipp Lam (k), Per Metezaker, Məsut Özil,Sami Xedira,  Mario Qötze, Toni Kroos, Tomas Müller

Qana: Fatau Dauda, Asamoa Qyan (k),  Kevin-Prins Boatenq, Atsu, A.Ayyu, Salli Muntari, Yonathan,  Rabiu, Kvadvo Asamoa, Con Boye, Harrison Afful

Almaniya

2

1

1

0

6-2

4

ABŞ

2

1

1

0

4-3

4

Qana

2

0

1

1

3-4

1

Portuqaliya

2

0

0

1

2-6

1


F qrupu
Nigeriya – Bosniya və Herseqovina - 1:0

Qol: Odenvinqie, 29
Baş hakim: O’Liri (Yeni Zelandiya)
Kujaba. “Pantanal” stafionu

 

Argentina

2

2

0

0

3-1

6

Nigeriya

2

1

1

0

1-0

4

İran

2

0

1

1

0-1

1

Bosniya və H

2

0

0

2

1-3

0

 

 

H qrupu
Belçika – Rusiya - 1:0 
Qollar: Orici, 90
Baş hakim: Brix (Almaniya)
Rio de Janeyro. “Marakana” stadionu

Belçika: Kuprtua, Alderviereld, Vermalen, Kompani, Vitsel, De Bryune, Fellaini, Lukaku, Hazard, Mertens, Van Byuten

Rusiya: Akinfeyev, Kozlov, İqnaşeviç, Kanunnikov, Qluşakov, Kokorin, Berezutski, Şatov, Səmədov, Fayzulin, Kombarov

Belçika

2

2

0

0

3-1

6

C Koreya

1

0

1

0

1-1

1

Rusiya

2

0

1

1

1-2

1

Əlcəzair

1

0

0

1

1-2

0

0