“Azərbaycana məğlubiyyət bizi sındırmadı”
21.06.2014 - 10:30
“Azərbaycana məğlubiyyət bizi sındırmadı”

“Bir futbolçu kimi komandamızla fəxr edirəm. Baş məşqçimiz və oyunçuların peşəkarlığından məmnunam”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının futbolçusu Albina Butkoviç deyib.

O bildirib ki, UEFA-nın təşkil etdiyi turnirdə Azərbaycana 0:4 hesablı məğlubiyyətdən sonra 2-ci yeri tutmaqları da uğurlu nəticədir: “İlk oyunda Azərbaycan millisi bizi darmadağın etdi. Lakin belə ağır məğlubiyyət də bizi sındırmadı. Növbəti görüşlərdəki nəticələrlə turniri uğurla başa vurduq. Son iki oyunumuzdan çox razıyam”.

Qeyd edək ki, Azərbaycan yığmasının qalib olduğu turnirin meydan sahibi olan Bosniya və Herseqovina turniri 2-ci yerdə başa vurub.

0