FİFA kolumbiyalı hakimi cəzalandırdı
21.06.2014 - 14:36
FİFA kolumbiyalı hakimi cəzalandırdı

FİFA Braziliyada keçirilən dünya çempionatındakı hakim səhvlərinə reaksiya verib. Apasport.az saytının məlumatına görə, qurum kolumbiyalı yan xətt hakimi Umberto Klavixonu cəzalandırıb.

Cənubi amerikalı mundialın növbəti oyununun hakimliyindən kənarlaşdırılıb. Buna onun Meksika – Kamerun görüşündəki səhvləri səbəb olub. Belə ki, 1:0 hesabı ilə qalib gələn “atsteklər”in daha iki təmiz qolu Klavixonun kobud səhvləri üzündən hesaba alınmayıb. Hər iki halda laysman oyundankənar vəziyyətlə bağlı səhv qərar verib.

Klavixo Əlcəzair və Cənubi Koreya arasında görüşə təyinat alan briqadanın üzvü olsa da, bu matçdan kənar qalacaq. Onu DÇ-də yer aldığı briqadada ekvadorlu Kristian Leskano əvəzləyəcək.

0