Almaniya və ABŞ 1/8 finalda, Portuqaliya evə qayıdır
26.06.2014 - 21:52
Almaniya və ABŞ 1/8 finalda, Portuqaliya evə qayıdır

Futbol üzrə Braziliyada keçirilən dünya çempionatında E və G qruplarında da son turun görüşləri start götürüb. Apasport.az saytının məlumatına görə, əvvəlcə günə E qrupu ilə start verilib.

Honduras – İsveçrə oyununda birincilərdən fərqli olaraq, avropalıların 1/8 final şansları daha yüksək dəyərləndirilirdi. Proqno özünü doğruldub və İsveçrə 3:0 hesabı ilə qələbə qazanaraq 1/8 finala yüksəlib. Hər üç qolu Şaqiri vurub.

Növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl əldə edən Fransa isə Ekvadorla görüşdə ən azı heç-heçə etməklə də qrupu I yerdə tamamlaya bilərdi. Fransa bu tapşırığın öhdəsindən gəlib. Meydana nisbətən zəif heyətlə çıxan fransızlar heç-heçəyə oynamasalar da, ciddi risk də etməyiblər. Oyun 0:0 hesabı ilə başa çatıb.



G qrupunda 2 almaniyalı baş məşqçinin çalışdığı komanda üz-üzə gəlib. Millimizin çalışdırıcısı Berti Foqtsun müşaviri olduğu Yürgün Klinsmannın işlədiyi ABŞ yığması gözəl oyununu Yöahim Lövün Almaniyası üzərində də göstərməyə çalışıb. Qələbə qazanan tərəf 1/8 finala qrupun qalibi kimi yollanıb. Bu komanda Almaniya olub, Almanlar Müllerin 55-ci dəqiqədə vurduğu yeganə qol sayəsində qrupun qalibi olublar. 


Portuqaliya ilə Qana isə nəzəri şansları üçün mübarizə aparıblar. Daha çox top fərqi ilə qalib gələn tərəf 1/8 finala çıxa bilərdi. Portuqaliya bu oyunda qalib gəlib. Amma 2:1 hesablı qələbə Ronaldonun komandasına qrupdan çıxmağa kömək etməyib. Portuqaliyalılar top fərqində ABŞ-a uduzduqlarından, növbəti mərhələyə Şimali Amerika təmsilçisi çıxıb.


26 iyun
E qrupu

Honduras - İsveçrə - 0:3

Qollar: Şakiri, 6; 31; 71

Hakim: Nestor Pitana (Argentina)
Manaus. “Arena Amazoniya”

Honduras: Valladares, Fiqueroa, Bernandes, Qarsia, Palasios, Benigts, Kostli, Boniek, Espinoza, Klaros, Beskeles

İsveçrə: Benaglio, Lictestner, İnler, Xnaka, Behrami, Rodriqes, Mehmedi, Drmiç, Djouri, Schar, Şakiri


Ekvador – Fransa - 0:0
Hakim: Numandyez Due (Kot-dİvuar)
Rio-de-Janeyro. “Marakana” stadionu

Ekvador: Domminqes, Guagua, Erazo, Paredes, Noboa, Montero, Ayovi, E.Valensiya, Minda, Arroyo, A.Valensiya

Fransa: Lloris, Şako, Benzema, Griezmann, Matuidi, Saqna, Digne, Sissoko, Poqba, Koşelni, Şneyderlin

 

Fransa

3

2

1

0

8-2

7

İsveçrə

3

2

0

1

7-6

6

Ekvador

3

1

1

1

3-3

4

Honduras

3

0

0

3

1-8

0

 


G qrupu
ABŞ – Almaniya - 0:1

Qol: Müller, 55

Hakim: Rövşən İrmatov (Özbəkistan)
Resife. “Arena Pernambuko”

ABŞ: Hovard, Qonsales, Bredli, Besler, Besley, Dempsi, Cons, Devis, Bekerman, Zusi, Conson

Almaniya: Noyer, Höveds, Hummels, Şvaynştayqer, Özil, Podolski, Müller. Lam, Mertesaker, Kross, Boatenq


Portuqaliya - Qana - 2:1

Qollar: Boye, 31(avtoqol); Ronaldo, 80 - Qyan, 57

Hakim: Navaf Şukralla
Braziliya. “Nasional” stadionu

Portuqaliya: Beto, Alves, Pepe, Miqel, Vilyam, Ronaldo, Moutinyo, Eder, Nani, Amorim, Pereyra

Qana: Dauda, Qyan, Atsu, Badu, Ayev, Rabui, Varis, Conatan, Asamoa, Boye, Harrison 

 

Almaniya

3

2

1

0

7-2

7

ABŞ

3

1

1

1

4-4

4

Portuqaliya

3

1

1

1

4-7

4

Qana

3

0

1

2

4-6

1

0