Braziliyada qalmaqal: Qana yığması meydana çıxmır
25.06.2014 - 14:07
Braziliyada qalmaqal: Qana yığması meydana çıxmır

Braziliyada keçirilən dünya çempionatında qeyri-adi hadisə yaşana bilər. Apasport.az saytının məlumatına görə, G qrupunda mübarizə aparan Qana yığmasının futbolçuları Portuqaliya ilə görüşə çıxmayacaqlarını açıqlayıb.

 

Onların III turun oyunundan imtinası mükafatla bağlıdır.

 

Belə ki, Qana Futbol Federasiyası komandanın final mərhələsinə yüksələcəyi halda, hər bir futbolçuya 75 min dollar verəcəyini vəd etsə də, puldan səs-soraq yoxdur. Yığma üzvləri də sabah keçiriləcək qarşılaşmaya kimi mükafatlarını almayacaqları halda meydana çıxmayacaqlar. Onlar qərarlarının qəti olduğunu və dəyişməyəcəklərini də bildiriblər.

 

Qeyd edək ki, G qrupunda 3-cü olan qanalılar mərhələ adlamaq şansını saxlayırlar. 

0