Rusiyaya "davay, do svidaniye"
27.06.2014 - 01:52
Rusiyaya "davay, do svidaniye"

İyunun 27-də keçiriləcək 2 oyunla dünya çempionatında qrup mərhələsinə yekun vurulub. Apasport.az xəbər verir ki, H qrupunda baş tutan görüşlərdə Cənubi Koreya Belçika ilə, Əlcəzair isə Rusiya ilə üz-üzə gəlib.

 

Belçika hələ 2-ci turdan sonra 1/8 finala vəsiqəni özünə təmin edib. İkinci vəsiqənin taleyi isə Rusiya-Əlcəzair matçında həll olunub. Ruslar hələ oyunun əvvəlində hesabı açsalar da, əlcəzairlilər hesabı bərabərləşdiriblər. Heç-heçə Əlcəzair millisinə növbəti mərhələyə çıxmaq imkanı verib. 

 

Qrupun digər oyununda isə Belçika Cənubi Koreyanı 1:0 hüsabı ilə məğlub edərək, maksimal 9 xal yığıb.

 

27 iyun

H qrupu

Cənubi Koreya – Belçika - 0:1

Qol: Vertonghen, 78

Qırmızı vərəqə: Defo, 45

Hakim: Ben Uliyams

Arena Korintians, San Paulo

Cənubi Koreya: S G Kim, Yun, Y G Kim, Son, Y Lee, Koo, Han, Ki, C Y Lee, S V Kim, Hong

Belçika: Kurtua, Vertonghen, Fellani, Miralles, Mertnes, Van Byuten, Defo, Lombart, Dembele, Januza, Borre

 

Əlcəzair – Rusiya - 1:1

Qollar: Slimani, 60 - Kokorin, 6

Hakim: Cüneyt Çakır

Arena de Baixada, Koritiba

Əlcəzair: Rais, Belkalem, Hallice, Meshab, Feghouli, Brahimi, Medjani, Slimani, Bentaleb, Djabou, Mandi

Rusiya: Akinfeyev, Kozlov, İqnaşeviç, Qluşakov, Kokorin, Kerjakov, Berezutski, Şatov, Səmədov, Fayzulin, Kombarov

 

Belçika

3

3

0

0

4-1

9

Əlcəzair

3

1

1

1

6-5

4

Rusiya

3

0

2

1

2-3

2

Cənubi Koreya

3

0

1

2

3-6

1

0