[b]364 idi, 202 oldu[/b]
27.06.2014 - 12:59
[b]364 idi, 202 oldu[/b]

Mövsümboyu oynadığı çempionatlarda özünü yaxşı tərəfdən göstərən futbolçuların dünya çempionatındakı çıxışları daim maraq doğurur. Apasport.az saytının xəbərinə görə, hazırda Braziliyada davam edən mundialda İspaniya, İtaliya, İngiltərə və Portuqaliya kimi yığmaların qrupda qalması azarkeşləri bir çox ulduz futbolçuların çıxışından məhrum etdi.

 

Avropadan okeanın o tayına xeyli məşhur sima yollansa da, onlar erkən qayıtmalı oldular. Kriştiano Ronaldo, Ueyn Runi, Xavi, İniyesta kimi ulduzlar artıq vətənlərinə qayıdıblar. Ümumilikdə isə “böyük beşlik”dən Braziliyaya 364 futbolçu yollansa da, onlardan cəmi 202-si növbəti mərhələdə çıxışını davam etdirəcək.

 

İngiltərə Premyer Liqası

 

Qrupda – 106

Qalanlar – 58

 

Dünya çempionatına ən çox futbolçu göndərən İngiltərə Premyer Liqası idi. Lakin qrup mərhələsi başa çatandan sonra “Dumanlı Albion”dan cəmi 58 futbolçu milli komandası ilə yola davam edir. Premyer Liqadan DÇ-yə gedən futbolçularının sayının bu qədər azalmasının əsas səbəbi İngiltərə yığmasının mübarizəni qrup mərhələsində dayandırması oldu.

 

İtaliya A Seriyası

 

Qrupda - 81

Qalanlar - 45

 

İtaliyadan 81 futbolçu milli komandası ilə Braziliyaya üz tutmuşdu. Qrup mərhələsi başa çatdıqdan sonra isə onların sayı 45-ə endi.

 

 

Almaniya Bundesliqası

 

Qrupda – 72

Qalanlar – 40

 

Bundesliqadan Braziliyaya 72 futbolçu yollanmışdı. Onlardan 40-ı növbəti mərhələdə mübarizəni davam etdirəcək. Bu futbolçuların əksəriyyəti isə Almaniya və İsveçrə yığmasının üzvləridir.

 

İspaniya La Liqası

 

Qrupda – 62

Qalanlar – 36

 

Avropanın və dünyanın ən reytinqli liqası sayılan İspaniya çempionatından 62 futbolçu mundialda yığmasına kömək etmək üçün okeanın o tərəfinə getmişdi. Qrup oyunları bitdikdən sonra İspaniya La Liqanı təmsil edən futbolçuların sayı 36-ya endi.

 

Fransa Liqa-1

“Böyük beşlik”dən mundiala ən az futbolçu göndərən Fransa idi. Braziliyada Liqa-1-i cəmi 43 futbolçu təmsil edirdi. 1/8 finalda isə onlardan yalnız 23-ü mübarizə aparacaq. Fransa yığmasının heyətində isə Liqa-1-dən 8 futbolçu oynayır.

 

Qrupda – 43

Qalanlar – 23 

 

Ümumilikdə, dünya çempionatının 1/8 final mərhələsində mübarizəni davam etdirən komandaların heyətindəki futbolçulardan 168-i isə “Böyük beşlik” çempionatlarından kənarda çıxış edir: Hollandiya birinciliyindən 15, Türkiyə çempionatında isə 8 futbolçu.  

0