8 aylıq hamilə idmançı ABŞ çempionatında iştirak etdi
27.06.2014 - 23:15
8 aylıq hamilə idmançı ABŞ çempionatında iştirak etdi

 

Məşhur amerikalı qadın sprinter Aliziya Montano həkimlərin icazəsi ilə ABŞ çempionatında iştirak edib. Apasport.az saytının məlumatına görə, idmançı hamiləliyin 8-ci ayını yaşayır.

 

28 yaşlı Montano 800 metr məsafəyə qaçışda ABŞ-ın beşqat çempionudur. Bu dəfə o, kvalifikasiya qaçışında sonuncu yeri tutub. Montano 2 dəqiqə 32 saniyə nəticə göstərib. Bu onun şəxsi rekordundan yarım dəqiqə pisdir.

 

Aliziya finiş xəttini keçəndə bütün stadion onu ayaq üstə alqışlayıb. İlk övladını dünyaya gətirməyə hazırlaşan idmançı hamiləliyinə baxmayaraq qaçdığını və özünü yaxşı hiss etdiyini bildirib: “Heç bir qorxu hissi yox idi. Qorxduğum yeganə şey o idi ki, dünya tarixində 800 metr məsafəyə qaçışda birinci yeri tutandan 1 dövrə geri qalan ilk idmançı ola bilərəm”.

 

 

0