DÇ-2014 iki azarkeşin ölümünə səbəb oldu
28.06.2014 - 09:03
DÇ-2014 iki azarkeşin ölümünə səbəb oldu

Əlcəzair milli komandasının tarixində ilk dəfə dünya çempionatının 1/8 final mərhələsinə çıxması xoşagəlməz hadisə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Rusiya ilə heç-heçədən (1:1) sonra qrup ikincisi olan Afrika təmsilçisinin azarkeşləri sevincdən öz ölkələrinin küçələrinə axışıb.

Zəfəri qeyd edən fanatların törətdiyi qarışıqlıq ağır nəticələnib. Belə ki, iki azarkeş hadisə yerində ölüb. Daha 31 fanat isə xəsarət alıb.

0