Braziliya penaltilər seriyasını qazanıb, 1/4 finala yüksəldi
28.06.2014 - 22:52
Braziliya penaltilər seriyasını qazanıb, 1/4 finala yüksəldi

Braziliyada keçirilən dünya çempionatının final mərhələsində həlledici görüşlərə start verilib. Apasport.az saytının məlumatına görə, olimpiya sistemi ilə davam etdirilən bu mötəbər yarışın artıq ilk 1/8 final qarşılaşması başa çatıb.

 

Məşhur ingilis hakim Hovard Uebbin idarə etdiyi qarşılaşmada meydan sahibləri Çili ilə üz-üzə gəlib. Oyunda hesabı braziliyalılar açıblar: 17-ci dəqiqədə David Lius fərqlənib.

 

Amma 15 dəqiqə sonra Çili yığması buraxılan qolun əvəzini çıxıb. Aleksis Sançes dəqiq zərbəylə qolla tarazlığı bərpa edib – 1:1.

 

İkinci hissədə qapılara top vurulmadığından hər biri 15 dəqiqə olmaqla daha iki hissə oynanılıb. Lakin hesab yenə dəyişmədiyindən qalib penaltilər seriyası ilə müəyyənləşib.

 

“Lotereyada” isə daha dəqiq olan Braziliya yığması 3:2 hesablı qələbə qazanıb. Meydan sahiblərinin ¼ finaldakı rəqibi az sonra start fiti veriləcək Kolumbiya – Uruqvay görüşünün qalibi olacaq.

 

 

 

1/8 final

28 iyun

Braziliya – Çili - 1:1
Qollar:  Luis, 17 - Sançes, 33
Penaltilər seriyası: Luis, (1:0); Pinilia, (1:0); Villian, (1:0);  Sançes, (1:0); Marselo, (2:0); Aranqis, (2:1); Halk, (2:1); Dias, (2:2); Neymar (3:2); Qonzalo (3:2)
Baş hakim: Hovard Uebb 
Belu-Orizonti. “Mineyro” stadionu

 

Braziliya: Julio Sezar,  Daniel Alveş, Tiaqo Silva, David Luiz, Marselo, Fernandinyo, Oskar, Luis Qustavo, Halk, Fred, Neymar

Çili: Klaudio Bravo, Euqenio Mena, Maurisio İsla, Fransisko Silva, Aleksis Sançes,  Eduardo Varqas, Arturo Vidal, Qari Medel, Qonzalo Xara, Karles Aranqis, Marselo Dias

 

0