"Xoruzlar"ın səsini almanlar kəsdi - YENİLƏNİB
04.07.2014 - 21:54
"Xoruzlar"ın səsini almanlar kəsdi - YENİLƏNİB

Bu gün Braziliyada keçirilən dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mundialın ilk yarımfinalçısı Fransa və Almaniya millilərinin oyununda müəyyənləşib.

 

Avropa təmsilçilərinin dueli Almaniyanın qələbəsi ilə başa çatıb. Fransızlara 1:0 hesabı ilə qalib gələn almanlar yarımfinala yüksəliblər.

 

Almaniya və Fransa indiyədək 25 dəfə (artıq 26 dəfə) qarşılaşıb. İki komanda arasındakı duellərdə Fransa millisi öndədir. Onlar 11 dəfə rəqibini məğlub yola salıb. Almanlar isə bugünkü görüş nəzərə alınmasa cəmi 8 dəfə meydandan qələbə ilə ayrılıblar. Komandalar 6 dəfə “sülh”ə razılaşıb. 

 

1/4 final

4 iyul

Fransa – Almaniya - 0:1

Qol: Hummels, 12

Baş hakim: Nestor Pitana (Argentina)
Rio-de-Janeyro. “Marakana” stadionu

Fransa: Lloris, Debuşi, Evra, Varan, Gabaye, Şako, Valbuena, Benzema, Qrizman, Matuidi, Poqba

Almaniya: Noer, Hövedes, Hummels, Xedira, Şvaynştayqner, Özil, Kloze, Müller, Lam, Kroos, Boatenq

0