Argentina yarımfinalda!
05.07.2014 - 21:55
Argentina yarımfinalda!

Braziliyada təşkil olunan dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə Braziliya və Kolumbiya yığmaları üz-üzə gəliblər.

Cənubi Amerikanın iki təmsilçisi yarımfinala vəsiqə qazanan komandalardan birinin adına aydınlıq gətirməyə çalışıb. Braziliya millisi gərgin keçən oyunda 2:1 hesabı ilə qələbə qazanaraq, yarımfinala yüksəlib. Ümumilikdə Braziliya və Kolumbiya 26-cı dəfə üz-üzə gəldi. İndiyədək bu matçların 15-də braziliyalılar, 2-də isə kolumbiyalılar qalib olmuşdu. Yerdə qalan 8 qarşılaşma isə heç-heçə başa çatmışdı. Braziliya əvvəlki 25 görüşdə 55, qarşı tərəf isə 11 dəfə rəqib qapısına fərqlənə bilmişdi.

1/4 final mərhələsinin üçüncü görüşündə isə Argentina ilə Belçika arasında keçirilib.  Cənubi amerikalılar erkən qola seviniblər. 8-ci dəqiqədə Qonsalo İquanin vurduğu qol komandasının 4 ən güclü sırasına çıxmasını təmin edib.


DÇ-2014
1/4 final
5 iyul

Braziliya – Kolumbiya - 2:1
Qollar: Tyaqo Silva, 7; David Luis, 69 - Xames, 78
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Fotaleza. “Kastelan” stadionu
Braziliya: Julio Sezar, Tyaqo Silva, David Luis, Fernandinyo, Marselo, Halk, Paulinyo, Fred, Neymar, Oskar, Maykon
Kolumbiya: Ospina, Zapata, Yepes, Sançes, Armero, Teo, Xames, Kuadrado, Quarin, İbarbo, Sunyiqa

Argentina – Belçika - 1:0
Qol: İquain, 8

Baş hakim: Nikola Ritsoli (İtaliya)
Braziliya. “Nasional” stadionu

Argentina: Romero, Zabaleta, Qaray, Bilya, Di Mariya, Maskerano, Demiçelis, Messi (k),  İquain, Lavezzi, Basanta

Belçika: Kurtua, Alderveyred, Vertongen, Kompani, Vitsel, de Bruyne, Oriqi, Hazard, van Buyten, Fellayni, Mirallas

 

0