Braziliya – Almaniya matçının hakimləri müəyyənləşdi
07.07.2014 - 10:32
Braziliya – Almaniya matçının hakimləri müəyyənləşdi

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin oyunlarından birinin hakimlər briqadası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliya – Almaniya oyununu meksikalı Marko Rodriges idarə edəcək.

 

40 yaşlı hakimin köməkçiləri Marvin Torrentera və Markos Kintero olacaq. Dördüncü hakim funksiyasını isə ABŞ-dan olan referi Mark Qeyqer icra edəcək.

 

Qeyd edək ki, hələ yarımfinal mərhələsinin 2-ci görüşü olan Hollandiya – Argentina matçının hakimlər briqadası müəyyənləşməyib. 

0