Hollandiya – Argentina matçı türkiyəli hakimlərə tapşırıldı - VİDEO
08.07.2014 - 09:40
Hollandiya – Argentina matçı türkiyəli hakimlərə tapşırıldı  - VİDEO

DÇ-2014-ün yarımfinalında üz-üzə gələcək Hollandiya və Argentina milliləri arasındakı oyunu idarə edəcək hakimin adına aydınlıq gəlib. Apasport.az xəbər verir ki, bu qarşılaşmanı türkiyəli FİFA referisi Cüneyt Çakır idarə edəcək. Onun köməkçiləri Bahəddin Duran və Tarık Ongun olacaq.

 

Qeyd edək ki, Çakır bundan öncə DÇ-də Əlcəzair – Rusiya və Braziliya – Meksika oyunlarında hakimlik etmişdi.

 

0