[b]Braziliyanın bayrağı yandırıldı[/b]
09.07.2014 - 10:12
[b]Braziliyanın bayrağı yandırıldı[/b]

Braziliyada keçirilən dünya çempionatının ilk yarımfinal oyunu xoşagəlməz hadisələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, 6-cı çempionluq iddiasında olan meydan sahiblərinin Almaniyaya 1:7 hesabı ilə uduzması braziliyalıların ciddi narazılığı ilə nəticələnib.

 

Biabırçı hesablı yenilgidən sonra minlərlə fanat San-Paulunun mərkəzi küçələrindən birinə toplaşsa da, tezliklə dağılışıblar. Nəticədə ciddi kütləvi iğtişaş qeydə alınmayıb. Oyun başa çatan gecə cəmi 11 azarkeş saxlanılıb. Onlardan 6-sı Kopakabana çimərliyində polislərə hücum çəkdiyi üçün həbs olunub. Digər 5 braziliyalı isə San-Paulunun mərkəzində tutulub. Onlar bir neçə avtobusu yandırıb və mağazaları dağıdıblar.

 

Matçda hesab 0:6 olarkən isə daha acınacaqlı hadisə yaşanıb. Üzlərini kameradan gizlətməyə belə çəkinməyən şəxslər ölkənin rəmzi olan bayrağı yandırıblar. Hərçənd bir çox ölkələrdə belə hərəkət cinayət sayılır.

 

Braziliyanın prezidenti Dilma Russeff də Almaniya məğlubiyyətinə şərh verib: “Bütün braziliyalılar kimi mən də çox məyusam. Bütün azarkeşlərimiz və oyunçularımızın dərdinə şərikəm. Gəlin bunun üzərində çox dayanmayaq. Braziliya özünə gəlib yoluna davam edəcək”.

0