“Neftçi” “Bursaspor”la qarşılaşa bilər, “İnter” üçün asan rəqib
18.07.2014 - 15:17
“Neftçi” “Bursaspor”la qarşılaşa bilər, “İnter” üçün asan rəqib

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki püşkatmada 29 cütlük müəyyənləşib.

 

Hələ II təsnifat mərhələsində qalibi müəyyənləşdirməyən 40 cüt və mübarizəyə jələ qoşulmayan 18 klub öz potensial rəqiblərini tanıyıb. Azərbaycan təmsilçiləri “Neftçi” və “İnter” də təşkil etdiyi cütlükdə qalib olarsa, oynayacağı komandanı bilir.

 

“Neftçi” evdə uduzduğu (1:2) Sloveniya “Koper”ini keçə bilsə, Türkiyə “Bursaspor” ilə qarşılaşa bilər. Lakin bunun üçün sonuncular evdə məğlub edə bilmədiyi “Çixura”nı (Avstriya) mübarizədən kənarlaşdırmalıdır.

 

İsveçdə “Elfsborq”u məğlub edən “İnter”in bəxtinə nisbətən asan rəqib düşüb. “Bankirlər” bunu bacarsa, Belarusda heç-heçə edən (1:1) “Neman” və İslandiya “Hatnarfyordur”u arasında matçın qalibi ilə görüşəcək.

Avropa Liqası

III təsnifat mərhələsi

(31 iyul – 7 avqust) 

“Karabükspor” (Türkiyə) - “Rusenborq” (Norveç)/“Sliqo Rovers” (İrlandiya)

“Çernomorets” (Ukrayna) - “Hapoel” (Beer-Şeva, İsrail)/“Split” (Xorvatiya)

“Dinamo” (Moskba, Rusiya) - “Hapoel” (Kiryat-Şmona, İsrail)

“Hapoel” (Təl-Əviv, İsrail)/“Astana” (Qazaxıstan) - “Linfild (Şimali İrlandiya)/AİK (İsveç)

“Elfsborq” (İsveç)/“İNTER” (AZƏRBAYCAN) - “Neman” (Belarus)/“Hafnarfyordur” (İslandiya)

“Zulte-Varegem” (Belçika)/“Zavişa” (Polşa) - “Derrri Siti” (İrlandiya)/“Şaxtyor” (Belarus)

“Liteks” (Bolqarıstan)/“Dioşdyor” (Macarsıtan) - “Kalev” (Estoniya)/“Krasnodar” (Rusiya)

“Dinamo” (Belarus)/MüPA (Finlandiya) - ÇFR (Rumıniya)/“Yaqodina” (Serbiya)

“Bursaspor” (Türkiyə)/“Çixura” (Gürcüstan) - “Neftçi” (Azərbaycan)/"Koper" (Sloveniya)

“Dyor ETO” (Macarıstan)/“Höteborq” (İsveç) - “Rio Ave” (Portuqaliya)

“Brügge” (Belçika) - “Bröndbü“ (Danimarka)

“Atlantas” (Litva)/“Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya)/“Dandalk” (İrlandiya)

“Vikinqur” (Farer adaları)/“Tromse” (Norveç) - “Riyeka” (Xorvatiya)/“Ferentsvaroş” (Macarıstan)

“Petrolul” (Rumıniya)/"Flyamurtari" (Albaniya) - “Viktoriya” (Çexiya)

“Yanq Boyz” (İsveçrə) - “Ermis” (Kipr)

“Rux” (Polşa)/“Vaduts” (Lixtenşteyn) - “Kayrat” (Qazaxıstan)/“Esbyerq” (Danimarka)

“Astra” (Rumıniya) – “Slovan” (Çexiya)/“Koşitse” (Slovakiya)

“Çukariçki” (Serbiya)/“Qrödiq” (Avstriya) - MOİK (Bolqarıstan)/“Zimbru” (Moldova)

“Real Sosyedad” (İspaniya) - “Aberdin” (Şotlandiya)/“Qroningen” (Hollandiya)

“Sarayevo” (Bosniya və Herseqovina)/“Hoqesun” (Norveç) - “Atromkiitos” (Yunanıstan)

“Laçi” (Albaniya)/“Zarya” (Ukrayna) - “Molde” (Norveç)/“Nova Qoritsa” (Sloveniya)

“Buduçnost” (Monteneqro)/“Omoniya” (Kipr) - “Jelezniçar” (Bosniya və Herseqovina)/“Metallurq” (Makedoniya)

“Trençin” (Slovakiya)/“Voyvodina” (Serbiya) - “Hall Siti“ (İngiltərə)

“Mlada Boleslav” (Çexiya)/“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Lion” (Fransa)

“Torino” (İtaliya) - “Kruzaders” (Şimali İrlandiya)/“Brommapoykarna” (İsveç)

PSV (Hollandiya) - “Botev” (Bolqarıstan)/“Sankt-Polten” (Avstriya)

“Mozervell” (Şotlandiya)/“Styarnan” (İslandiya) - “Nomme Kalyu” (Estoniya)/“Lex” (Polşa)

“Mayns” (Almaniya) - “Asteras” (Yunanıstan)/“Rovaniemi” (Finlandiya)

“Lütsern” (İsveçrə)/“Sent-Conston” (Şotlandiya) - “Spartak” (Trnava, Slovakiya)/“Zestafoni” (Gürcüstan)

0