Topaz Premyer Liqası: Püşk “Qəbələ” ilə “İnter”i üz-üzə qoydu
18.07.2014 - 14:16
Topaz Premyer Liqası: Püşk “Qəbələ” ilə “İnter”i üz-üzə qoydu

Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası və çempionatın sponsoru “Topaz”ın təşkil etdiyi tədbirdə 10 klubun oyunlarının təqvimi müəyyənləşib.

 

Ciddi çətinliklərlə üzləşən “bakı”nın da qatılacağı yarışın ilk turunun cütləri də tədbir zamanı açıqlanıb. İlk tur ötən mövsümün iki mükafatçısı – “İnter”lə “Qəbələ”ni üz-üzə qoyub.

 

Qeyd edək ki, çempionata avqustun 9-da start veriləcək

 

I tur

“İnter” (Bakı) - “Qəbələ”

“Bakı” - “Simurq” (Zaqatala)

AZAL (Bakı) - “Xəzər Lənkəran”

“Sumqayıt” - “Qarabağ” (Ağdam) 

“Araz-Naxçıvan” - “Neftçi” (Bakı)

 

0