[b]Yeni transferi “Xəzər Lənkəran”dan ayrıldı[/b]
18.07.2014 - 17:40
[b]Yeni transferi “Xəzər Lənkəran”dan ayrıldı[/b]

“Xəzər Lənkəran”ın yeni transferi Alfred Sanko komandasının Sloveniyadakı düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, syerra-leoneli futbolçu 3 gün əvvəl vətəninə qayıdıb.

Buna səbəb onun millisinin düşərgəsinə çağırılmasıdır. Belə ki, Sanko sabah Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü olan Seyşel Adaları ilə görüşün iştirakçısı ola bilər. Bu görüş Syerra-Leonenin paytaxtı Fritaunun Siaka Stivens adına stadionunda baş tutacaq.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin I dəstə klubu “Şanlıurfaspor”da çıxış edən afrikalı yarımmüdafiəçi ötən həftə “Xəzər Lənkəran”la 2 illik müqavilə bağlayıb.

0