Braziliyalı futbolçunu AZAL-ın şərtləri qane etməyib
21.07.2014 - 14:53
Braziliyalı futbolçunu AZAL-ın şərtləri qane etməyib

AZAL-da baxışda olmuş Everton Fernando Cilio yenidən Bolqarıstan çempionatında çıxış edə bilər. Apasport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Tom ləqəbi ilə tanınan 28 yaşlı mərkəz müdafiəçisini AZAL-ın şərtləri qane etməyib.

 

Onun karyerasını son 2 mövsüm şərəfini qoruduğu, yay məşqlərini keçdiyi Sofiya “Lokomotiv”ində yenidən davam etdirəcəyi gözlənilir.

 

Qeyd edək ki, Tom AZAL-ın Türkiyədə İran U-21-i ilə yoxlama oyununda (2:2) start heyətində meydana çıxıb. O, fasilədə Viktor İqbekoyi ilə əvəzlənib.

0