“Koper” Sloveniya çempionatına səfər qələbəsi ilə başladı
21.07.2014 - 16:40
“Koper” Sloveniya çempionatına səfər qələbəsi ilə başladı

“Neftçi”nin Avroliqanın II təsnifat mərhələsindəki rəqibi olan “Koper” Sloveniya çempionatına da uğurlu start verib. Apasport.az saytının məlumatına görə, Koper təmsilçisi “Radomlye”nin qonağı olub.

 

Rodolfo Vanolinin yetirmələri Sloveniya çempionatının debütantını 2:1 hesabı ilə məğlub edib. “Koper”in qollarına Peritsa İvetiç (43) və Yaka Ştromayer (49) imza atıb. Elə Radomlye təmsilçisinin qolunu da “Koper”in futbolçusu vurub. Müdafiəçi Miha Qreqoriç 84-cü dəqiqədə avtoqola imza atıb.

 

Bu oyunda “Koper”in start heyəti belə olub: Bojidar Radoşeviç, Miha Qreqoriç, Denis Haliloviç, Damir Hadjiç, Leo Ştulats, İvitsa Quberats, Urban Jibert, Mitya Lotriç, Peritsa İvetiç, Daniel Bradaskiya, Yaka Ştromayer.

 

Qeyd edək ki, “Koper” – “Neftçi” oyunu iyulun 24-də “Bonifika” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0