Əvvəl “İnter”, sonra “Elfsborq”
21.07.2014 - 18:06
Əvvəl “İnter”, sonra “Elfsborq”

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”i ilə İsveçin “Elfsborq” klubu arasında oyun ərəfəsinə baş tutacaq tədbirlərin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 24-də keçiriləcək qarşılaşmadan bir gün əvvəl hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və matçöncəsi son məşqi olacaq.

 

“Şəfa” stadionunda meydançaya öncə “İnter” çıxacaq. Bakılılar məşqə saat 20:00-da başlayacaq. “Elfsborq”un hazırlığı 21:00-a planlaşdırılıb. Baş məşqçilər isə yetirmələrinin məşqindən yarım saat əvvəl media nümayəndələrinin önünə çıxacaq. Saat 19:30-da Kaxaber Sxadadze, 20:30-da isə Yan Mian suallara cavab verəcək.

 

Qeyd edək ki, artıq oyunun biletləri də satışa çıxarılıb. “Şəfa” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılan biletlərin qiyməti 1 manatdır.

 

0